Tayvanda zəlzələdən ölənlərin sayı 14-ə çatıb
Bizi izləyin

Dünya

Tayvanda zəlzələdən ölənlərin sayı 14-ə çatıb

Tayvanda baş verən 6.4 bal gücündəki zəlzələdə ölənlərin sayı 14-ə çatıb. Ölənlərin arasında bir körpə də var. Rəsmilər 500-ə yaxın yaralının olduğunu bildirir. İtkin düşənlərin sayı isə bilinmir.

Ölənlərin çoxu əhalisi 2 milyon olan Taynan şəhərinin hündürmərtəbəli binalarının sakinləridir. Həmin binalardan biri 17, digəri 16 mərtəbəlidir. Xilasetmə işləri davam edir.

Dağıntılar altından çıxan bir nəfər yerli telekanala deyib ki, bağlı qapısını çəkiclə sındırandan sonra yuxarı çıxa bilib. Xilas olanlardan 70 nəfəri xəstəxanaya çatdırılıb.

Zəlzələ fevralın 6-da səhər saat 4-də adamların yatmış olduğu vaxt baş verib. Zəlzələ 40 saniyə çəkib.

Prezident Ma Ying-jeou evləri uçan adamlar üçün xüsusi sığınacaqlar salınacağını bildirib.

Tayvanda 1999-cu ildə də 7.6 bal gücündə zəlzələ olmuşdu. Həmin vaxt 2 min 300-dən çox adam ölmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm