Ukrayna “Berkut”un 25 əməkdaşını qətllərdə ittiham etdi
Bizi izləyin

Dünya

Ukrayna “Berkut”un 25 əməkdaşını qətllərdə ittiham etdi

Ukraynanın Baş prokurorluğu Daxili İşlər Nazirliyinin keçmiş xüsusi bölməsi olan “Berkut”un 25 əməkdaşı barəsində cinayət işi qaldırıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Baş prokurorluğun rəsmi nümayəndəsi Sergey Qorbatyuk brifinqdə bildirib.

Onun sözlərinə görə, “Berkut”un əməkdaşları 2014-cü ilin fevralında Maydanda güllələmələrdə iştirakda ittiham olunurlar. Onlardan 5-i həbsdədir, 20-si isə axtarışa verilib. Qorbatyuk dəqiqləşdirib ki, ittiham olunan “Berkut” əməkdaşlarını beynəlxalq axtarışa vermək mümkün olmayacaq, çünki İnterpol bunu etməkdən imtina edir.

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasiliy Qrisak Maydanda güllələmələrdə istifadə olunan silahların aşkar edilməsi haqqında ölkə prezidenti Pyotr Poroşenkoya fevralın 5-də məlumat verib. Onun sözlərinə görə, araşdırmanın gedişatında Maydanda istifadə olunan odlu yivli silahın 23 vahidi tapılıb.

Ötən ilin martında Ukrayna hakimiyyəti bildirib ki, qətllərin əksəriyyətinin arxasında “Berkut” xüsusi bölməsinin əməkdaşları dayanır.

Qeyd edək ki, 2013-2014-cü il qış mövsümündə Kiyev və Ukraynanın digər şəhərlərində prezident Viktor Yanukoviçin istefası tələbi ilə etiraz aksiyaları keçirilib. Etirazların yatırılmasına “Berkut” xüsusi bölməsinin əməkdaşları cəlb edilib. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 2013-cü ilin 30 noyabrından 14 aprel 2014-cü il tarixinə kimi Kiyev və regionlarda keçirilən etiraz aksiyalarının gedişatında 106 nəfər həyatını itirib. İnsanların çox hissəsi 2014-cü 20 fevralda paytaxtın mərkəzindəki İnstitut küçəsində snayper atəşinin qurbanı olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm