Qocalar evində yanğın olub
Bizi izləyin

Dünya

Qocalar evində yanğın olub

Kanadanın Toronto şəhərindəki qocalar evində baş verən güclü yanğın nəticəsində üç nəfər həlak olub. Daha 15 nəfər yanıq xəsarətləri alıb.

Bu barədə yerli polis idarəsi məlumat yayıb. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Həlak olanların sayının artacağı istisna edilmir. Belə ki, həkimlər yanğında zərər çəkənlərdən dördünün vəziyyətinin ağır olduğunu bildiriblər.

Polis hadisənin səbəblərini araşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm