İtaliyada Zika virusuna yoluxanların sayı 9-a çatıb
Bizi izləyin

Dünya

İtaliyada Zika virusuna yoluxanların sayı 9-a çatıb

İtaliyada Zika virusuna yoluxanların sayı 9-a çatıb. Bütün yoluxma halları virusun yayıldığı bölgələrdə səfərdə olanlarda aşkarlanıb. Lakin son məlumata görə, xəstələrin hamısı uğurla müalicə olunub. Sonuncu yoluxma halı təhlükəli Zika virusunun yayıldığı ölkələrdən olan Dominikan Respublikasından qayıtmış Venesiya sakinində aşkarlanıb.

İtaliyanın səhiyyə naziri xanım Beatriçe Lorenzin məsələyə münasibət bildirərkən vurğulayıb ki, yeni epidemiya riskinin olduğu müəyyənləşdirildiyi zaman görülən bütün zəruri tədbirlər hazırda tətbiq olunur. Xüsusilə qan köçürülməsi zamanı təhlükəli virusa yoluxma hallarının qarşısının alınması üçün monitorinqlər aparılır. O əlavə edib ki, müvafiq xəstəliklə bağlı İtaliyada artıq erkən xəbərdarlıq və nəzarət sistemi aktivləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm