İran Ermənistanın qazını artırır
Bizi izləyin

Dünya

İran Ermənistanın qazını artırır

İran üçüncü elektrik ötürücü xəttin inşası çərçivəsində Ermənistana qaz ixracı imkanlarını 5 dəfə artırmağı nəzərdən keçirir.

Publika.az xəbər verir ki, bunu bazar günü İranın Qaz İxracı üzrə Milli Şirkətinin direktoru Əlirıza Kamili bildirib.

"Hətta (İran və Ermənistan arasında) birgə saziş əsasında qaz tədarükünün gündə 5 milyon kubmetrə qədər artırılması imkanları mövcuddur", - deyə Kamili bildirib.

Şirkət direktorunun sözlərinə görə, hazırda İran Ermənistana gündə təqribən 1 milyon kubmetr qaz ixrac edir. O hesab edir ki, yeni elektrik ötürücü xəttlərin tikilməsi İran qazının Ermənistana ixracında əsas amillərdən biri ola bilər.

İran və Ermənistan 2015-ci ilin avqustunda iki ölkənin enerji sistemini birləşdirəcək üçüncü elektrik ötürücü xəttin inşasına dair saziş imzalayıb. 107 mln. avro dəyərində qiymətləndirilən müqavilə iki il ərzində uzunluğu 275 km. olan elektrik ötürücü xəttin istifadəyə verilməsini nəzərdə tutur. Bu, iki dövlət arasında qarşılıqlı elektrik enerjisi tədarükü həcmlərinin iki dəfə artırılmasına imkan verəcək. İran bu layihənin köməkliyi ilə Gürcüstan və Rusiyanın enerji sistemlərinə qoşulmağı planlaşdırır. Üçüncü xətt Ermənistanın İrəvan İstilik Elektrik Mərkəzinə daxil olan İran qazı əvəzində elektrik enerjisi tədarükünü yüngülləşdirəcək.

Ermənistanın İrandan aldığı "mavi yanacaq" elektrik enerjisinə emal edilir və 1 kubmetr təbii qaza görə 3 kVat./saat hesabı ilə İslam Respublikasına geri qaytarılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm