• USD 1,7000 0,00% EUR 1,8782 0,00%
    • GBP 2,1781 0,00% RUB 0,0267 0,00%

BƏƏ-nin quru qoşunları Suriya yolunda

  • Dünya
  • 7 Fevral 2016 16:54
  • 786 Baxış
BƏƏ-nin quru qoşunları Suriya yolunda

BƏƏ hökuməti koalisiya tərkibində "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qarşı mübarizədə iştirak etmək üçün Suriyaya qoşun göndərməyə hazır olduğunu bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə ərəb ölkəsinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş məlumat verib.

Nazir söhbətin min hərbçidən getdiyini və bu məsələdə ABŞ-ın mövqeyinin BƏƏ üçün zəruri olduğunu əlavə edib.

Suriyada İŞİD-ə qarşı quru əməliyyatlarının aparılması təşəbbüsü ilə ilk olaraq ABŞ çıxış edib. Ardınca Səudiyyə Ərəbistanı və Bəhreyn Birləşmiş Ştatlarla həmrəylik nümayiş etdirib. (Report)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR