Gürcüstan rəsmisi: “Putinin sonuna az qalıb”
Bizi izləyin

Dünya

Gürcüstan rəsmisi: “Putinin sonuna az qalıb”

“Sivil dünya Rusiya Prezidenti Vladimir Putinə qarşı rasional addımlar atır. Onun sonuna az qalıb”.

Publika.az xəbər verir ki, bu açıqlamanı Gürcüstanın Ədliyyə nazirinin müavini Georgi Vaşadze verib. O, Putinin sonunu gətirəcək səbəbləri sadalayıb:

“Litvinenkonun ölümü ilə bağlı aparılan məhkəmə araşdırması bu hadisədə Putinin izi olduğunu ehtimal etdi. ABŞ-ın hüquq mühafizə orqanlarının yüksək rütbəli məmurlarının və Qərb KİV-i Putinin qeyri-leqal mülkiyyəti və korrupsiya vasitəsilə əldə etdiyi gəlirlərdən açıq-aşkar danışır. Avropa Şurasının deputatları Haaqa məhkəməsini Krımın anneksiyası ilə bağlı baş verən hadisələri istintaq etməyə çağırdılar. Ukrayna səmasında vurulan “Boinq”lə bağlı müstəqil istintaqın dərc edilmiş nəticələrinə görə, bu hadisədə Rusiyanın xüsusi orqanlarının bilavasitə məqsədyönlü fəaliyyəti olub. Haaqa məhkəməsi 2008-ci ildə Gürcüstana qarşı Rusiyanın apardığı müharibə dövründə baş vermiş hərbi cinayətlərin istintaqına başlayıb və Rusiya siyasi elitasının reaksiyasından görünür ki, onlar bu hadisədən çox qorxurlar. Buna görə də indidən Putindən sonrakı dövrə hazırlaşmaq lazımdır və gələcəkdə yarana biləcək böhranlardan xilas olmaq üçün əvvəlcədən plan tərtib etmək lazımdır”. (axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm