
Suriyanın paytaxtı Dəməşqin Şərqi Quta bölgəsində 50 -yə
yaxın Suriya hərbçisi öldürülüb.
Publika.az xarici KİV-lərə istinadən xəbər verir
ki, onlar Müxalif İslam Ordusuna aid hərbi birləşmələrin qurduğu
pusquya düşüblər. Bu ərazidə müxaliflərlə Suriya hərbçiləri
arasında qanlı döyüşlər gedir.
Hökumət qüvvələri üç gündür bu əraziyə ağır texnika ilə hücuma
keçib.