Dünya
Raket sınağı Şimali Koreyanı hədəfə çevirdi
Şimali Koreyanın uzun mənzilli raketi sınağı keçirməsini elan etməsinə tez qlobalreaksiya verilib və beynəlxalq ictimaiyyət bunu hiddətlə qarşılayıb. ABŞ Dövlət katibi Con Kerri verdiyi bəyanatda Pxenyanı BMT Təhlükəsizlik Şurasının ballistik texnologiyalarla əlaqədar qətnamələtini pozduğuna görə qınayıb.
ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzr müşaviri Süzan Rays Şimali Koreyanın ballistik raket texnologiyalarından istifadə edərək raket sınağı keçirməsini qeyri-sabitlik yaradan və təhrikçi bir addım kimi qiymətləndirərək, bunun BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsinin pozulması kimi dəyərləndirib. Süzan Rays deyib ki, Şimali Koreyanın silah proqramı ABŞ-ın və eləcə də onun bəzi yaxın müttəfiqlərinin maraqları üçün təhlükə təşkil edir.
ABŞ konqresmeni, Konqresin Nümayəndələr Palatasının Xarici
Əlaqələr Komitəsinin sədri Ed Roys bildirib: "Bu yeni aqressiya
mənim bu qəddar rejimi hədəf alan sanksiyaların gücləndirilməsinə
dair qətnamə layihəsi ilə bağlı fəaliyyət göstərməyin əhəmiyyətini
vurğulayır."
Dözülməz provokasiya
Cənubi Koreyanın prezidenti Pak Gin He raket sınağını dözülməz provaksiya adlandırıb. Yaponiyanın Baş naziri Şinso Abe ölkənin təhlükəsizliyinin müdafiə edilməsi üçün addımlar atmağa söz verib.
Avropa İttifaqı Şimali Koreyanın uzun mənzilli raket sınağı keçirməsini ölkənin öhdəliklərini pozduğuna dair daha bir nümunə olduğunu bildirib və Pxenyanı beynəlxalq ictimiayyətlə dialoqa başlamağa çağırıb.
"Bu addımlr beynəlxalq regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə birbaşa hədə təşkil edir və Koreya yarımadasında gərginliyin daha da artmasına gətirib çıxarır"-deyə Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Federika Mogerini bəyatında bildirib.
Beynəlxalq öhdəliklərin açıq şəkildə və bilərəkdən pozulması
Britaniyanın Xarici İşlər naziri Filip Hammond raket sınağını BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrinin "açıq şəkildə və bilərəkdən" pozulması adlandırıb.
Fransa uzun mənzilli raket sınağını "mənasız provokasiya" adlandıraraq, "Təhlükəsizlik Şurasında beynəxalq ictimaiyyətdən tez və ciddi cavab verilməsinə" çağırıb.
BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket sınağı keçirməsi ilə bağlı ABŞ, Yaponiya və Cənubi Koreyanın müraciəti əsasında bazar günü müzakirələr keçirəcək.
BMT-nin Baş katibi Ban Ki Mun Şimarli Koreyanın addımının dərin təssüf hissi doğurduğunu və bunun BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması olduğunu bildirib.
Şimali Koreya ilə sərhədə malik və ölkənin az sayda tərəfdarlarından biri olan Rusiya Pxenyanın beynəlxalq qanunun normalarına hörmətsizlik göstərdiyini bildirib.
Rusiyanın Xarici İşlər nazirliyinin bəyanatında Şimali Koreya rəhbərliyinə beynəlxalq ictimaiyyətlə qarşıdurmanın ölkənin maraqlarına nə dərəcədə uyğun olduğunu məsələsi üzərində fikirləşmək tövsiyə olunur.
Pekin bazar günü reaket sınağına reaksiya verərək, Şimali Koreyanın beynəlxalq ictimaiyyətin etirazlarına əhəmiyyət verməməsini təəssüf hissi ilə qarşıladığını bildirib.
Avstraliyanın Xarici İşlər naziri Culiya Bişop deyib ki, Şimali Koreyanı dünyada sülhə təhlükə yaradır və Şimali Koreyanın təhrikedici, təhlükəli və qeyri-sabitlik yaradan davranışını pisləyib.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB