Ərdoğan sərt danışdı: “Sənin müttəfiqin mənəm, yoxsa terrorçular!?”
Bizi izləyin

Dünya

Ərdoğan sərt danışdı: “Sənin müttəfiqin mənəm, yoxsa terrorçular!?”

“PYD-yə göndərilən silahların bir hissəsinin İŞİD-ə gedəcəyi barədə ABŞ-ı xəbərdar etmişdim. Biz müttəfiqik, bu silahları almaqda çətinlik çəkirik”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Seneqal səfərindən qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“PKK-dan ələ keçirdiyimiz silahlar Rusiya, ABŞ və Qərbin silahlarıdır. Bu silahlar haradan gəlir? PYD-dən. “Etməyin, göndərəcəyiniz silahların bir qismi da İŞİD-ə gedəcək” deyə xəbərdarlıq etdik. İndi ən müasir silahlar İŞİD-in əlindədir. Biz strateji müttəfiqik, biz bu silahların bəzilərini almaqda çətinlik çəkirik. Dost adlandırdığımız ölkələrlə görüşəndə bunları açıq şəkildə söyləyəcəyik”, - Ərdoğan bildirib.

Türkiyə prezidenti amerikalı milli təhlükəsizlik nümayəndəsinin Cenevrədə qəbul edilməyən PYD-nin ayağına getməsini də sərt şəkildə tənqid edib: “PYD bir terror təşkilatıdır. YPG bir terror təşkilatıdır. PKK nədirsə, PYD də odur. Bu mövzunu bütün beynəlxalq təşkilatların gündəminə daşıyacağıq. Bunu etmədiyimiz hər bir an bizim üçün itkidir. Amerikalı milli təhlükəsizlik nümayəndəsi Cenevrədə qəbul edilməyən PYD-nin ayağına Kobaniyə gedir. Biz necə etibar edəcəyik. Sənin müttəfiqin mənəm, yoxsa Kobanidəki terrorçular? ABŞ-ın rəhbərlik etdiyi koalisiya İŞİD-lə mübarizə görüntüsü verir. Əsəd rejimi ilə əlaqədar heç bir addım yoxdur. Təhlükəsiz bölgə ilə bağlı irəliləyiş yoxdur”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm