İran İtaliya ilə birgə avtomobil istehsal edəcək
Bizi izləyin

Dünya

İran İtaliya ilə birgə avtomobil istehsal edəcək

“İran Khodro” və “Fiat” avtomobil şirkətləri İran İslam Respublikasında birgə “Fiat” markalı avtomobil istehsal etmək üçün danışıqlar aparırlar.

Bu barədə İran-İtaliya birgə ticarət palatasının sədri Əhməd Purfallah bildirib. O deyib: “Müqavilə hələ imzalanmayıb, lakin şirkətlər arasında danışıqlar yaxşı səviyyədədir. Tərəflər razılığa gəliblər ki, avtomobillər İranda istehsal olunsun və bir qismi region ölkələrinə ixrac edilsin”.

Ə.Purfallah əlavə edib ki, istehsal birgə investisiyalar hesabına həyata keçiriləcək. İnvestisiyaların həcmi məsələsi isə danışıqlar mərhələsindədir. Danışıqlar müsbət nəticələnərsə, qısa müddət ərzində orta mühərrikli və yüksək sinif “Fiat 500s” avtomobilinin istehsal olunması nəzərdə tutulub”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm