Türkiyədə əməliyyat zamanı 60 terrorçu öldürüldü
Bizi izləyin

Dünya

Türkiyədə əməliyyat zamanı 60 terrorçu öldürüldü

Ötən gün Türkiyənin Şırnaq vilayətinin Cizrə rayonunda keçirilən əməliyyat zamanı bir evin zirzəmisində və bəzi evlərdə onlarla terrorçu öldürülüb.

APA“Milliyet”ə istinadən xəbər verir ki, terrorçular hüquq mühafizə orqanlarının təslim olmaqla bağlı çağırışına məhəl qoymayıb və onlara atəş açıb.

İki saat davam edən atışmada PKK və YGD-H terror təşkilatlarının üzvü olduğu ehtimal edilən 50-dən çox terrorçu məhv edilib.

TRT kanalı öldürülənlərin sayının 60 nəfər olduğunu açıqlasa da, bununla bağlı rəsmi məlumat yayılmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm