Merkel Türkiyədə: gündəlikdə nələr var?
Bizi izləyin

Dünya

Merkel Türkiyədə: gündəlikdə nələr var?

Almaniya kansleri Angela Merkel Türkiyəyə səfərə gəlib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Ankaranın Esenboğa hava limanında Almaniya kanslerini Türkiyənin rəsmi şəxsləri qarşılayıb.

Səfər çərçivəsində Angela Merkelin Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşləri nəzərdə tutulub. Keçirilən görüşlərdə Suriyadan Avropaya gedən miqrantlar, qarşılıqlı əməkdaşlıq və Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı məsələlər müzakirə olunacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm