“Ya ruslar bombalayar və iranlılar işğal edər, ya da...” - VİDEO
Bizi izləyin

Dünya

“Ya ruslar bombalayar və iranlılar işğal edər, ya da...” - VİDEO

Bəşər Əsəd qüvvələrinin Hələbin şimalında həyata keçirdiyi əməliyyatlara dəstək verən Rusiyanın hava zərbələrini artırdığı bir vaxtda PKK-nın Suriya qolu olan PYD Hələb çölündə irəliləyir.

Publika.az Türkiyənin “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, PYD-nin silahlı gücü olan YPG Türkiyənin Kilis vilayətinin qarşısındakı Azez bölgəsinə yaxınlaşır.

YPG-nin irəliləyişi Suriyanın şimal-qərbindəki Afrin kantonunun genişlənməsi anlamına gəlir. Baş ofisi Londonda olan Suriya İnsan Haqları Təşkilatı və yerli mənbələrə görə, Əsəd rejiminin Hələbdə irəliləməsindən faydalanan YPG Azezin cənubundakı bəzi yaşayış məntəqələrini ələ keçirib.

Kürd mənbələr YPG-nin yeni hədəfinin 2013-cü ildən bu yana “Ən-Nüsra” Cəbhəsinin əlində olan Mennah hərbi aerodromu olduğunu iddia edir. Türkiyə sərhədinin yaxınlığındakı Azezin 6 kilometr cənubunda yerləşən hərbi aerodrom Hələbin şimalında müxalifət qüvvələrinin son qalalarından biridir.

“Reuters” agentliyi Hələbin qısa müddət ərzində tamamilə Əsəd rejiminin əlinə keçə biləcəyini yazıb. YPG və rejimin birgə hücum təşkil etdiyini yazan agentlik hesab edir ki, bu vəziyyət vətəndaş müharibəsinin istiqamətini dəyişdirir. “Reuters”ə danışan müxalifət güclərinin komandirlərindən biri Rusiyanın hava qüvvələri və kürdlərin quru güclərindən dəstək alan rejimin irəlilədiyini deyib.

Almaniyanın “Bild” qəzeti isə iddia edib ki, YPG Azad Suriya Ordusundan Azezin cənubunda yerləşən Deyir Camalı onlara təslim etməsini istəyib. “YPG Əsədin hücumundan faydalanaraq Deyir Camalı Azad Suriya Ordusundan istəyir. YPG suriyalı üsyançıları şantaj edirlər: Deyir Camalı ya bizə verərsiniz, ya da ruslar bombalayar və iranlılar işğal edər”, - YPG müxalifəti şantaj edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm