Moskvadan Ankaraya mesaj: “Türkiyə nə etməli olduğunu bilir”
Bizi izləyin

Dünya

Moskvadan Ankaraya mesaj: “Türkiyə nə etməli olduğunu bilir”

"Türkiyə Rusiya-Türkiyə əlaqələrinin normallaşması üçün nə etməli olduğunu çox yaxşı bilir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov deyib.

“Ankara bunu mədəni ölkələr arasındakı əlaqələr çərçivəsində etməlidir. Bir neçə həftə əvvəl bizim tərəfimizdən açıqlanan şərtlər bu gün də etibarlıdır”, - nazir müavini söyləyib.

Qeyd edək ki, Rusiya 2015-ci il noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulan Su-24 təyyarəsinə görə üzr istəməsini, günahkarların cəzalandırılmasını və təzminat ödənilməsini tələb edir. Ankara isə təyyarənin Türkiyənin hava məkanını pozduğu üçün vurulduğunu bildirərək sözügedən şərtləri yerinə yetirməkdən imtina edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm