Türkiyə rusların yerinə varlı turistlər tapdı – FOTOLAR
Bizi izləyin

Dünya

Türkiyə rusların yerinə varlı turistlər tapdı – FOTOLAR

“Türkiyəyə gəlməyən rus turistləri ərəblər əvəz edəcək”.

Publika.az xəbər verir ki, bu barədə “Qərbi Aralıq dənizinin inkişafı” turizm agentliyinin rəhbəri Osman Erol Saraydere bildirib.

Onun sözlərinə görə, Rusiyanın Türkiyəyə qarşı həyata keçirdiyi iqtisadi sanksiyalar səbəbindən Antalyaya gələn rus turistlərin sayında azalma baş verib.

O, rus turistlərin yerinə daha varlı turistlərin tapıldığını söyləyib: “Orta hesabla, Türkiyəyə gələn hər bir rus turist istirahət üçün təqribən 800 dollar pul xərcləyir. Ancaq bir ərəb turistin xərclədiyi təqribən 4 min dollardır. Yəni, 4-5 rus turistin bütövlükdə xərclədiyi vəsait bir ərəbin xərclədiyi qədərdir”.

Osman Erol Saraydere deyib ki, hazırda say baxımından rus turistlər ərəblərdən çox olsa da, bu rəqəmi yay mövsümünə qədər dəyişmək mümkündür: “Bu il Antalyaya gələn turistlər arasında ən çox azalma rus turistlərin sayında olub. Hazırda ən çox gələn turistlər isə almanlar, daha sonra hollandlardır. Bu ilin yanvar ayında Almaniyadan Antalyaya gələn turistlərin sayı ötən ilin yanvar ayı ilə müqayisədə 16 faiz azalaraq 44 min 262 nəfər təşkil edib.

Həmin müddətdə Hollandiyadan gələn turistlər üçün isə bu rəqəm 4 min 544 nəfərdir.

Antalyaya ən çox turist göndərən üçüncü ölkə isə İsrail dövlətidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm