• USD 1,7000 0,00% EUR 1,8757 -0,13%
    • GBP 2,1864 +0,38% RUB 0,0266 -0,38%

“Ölüm Vadisi” - sirri çözülməyən qeyri-adi məkan - FOTOLAR

  • Dünya
  • 8 Fevral 2016 18:59
  • 1 333 Baxış
“Ölüm Vadisi” - sirri çözülməyən qeyri-adi məkan - FOTOLAR

Amerika Birləşmiş Ştatlarında vaxtilə ən quraq sayılan ərazi ən böyük və dərin göllə əhatələnib!

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda bu ərazidə yerləşən dağlar ekstremal yağış kölgəsi effekti formalaşdırır. Bu isə il boyu yalnız 38 mm yağış həcmi ilə Kaliforniyanın “Ölüm Vadisi” adlanan ərazisini Amerikanın ən quraq məkanına çevirib. 56,7 dərəcə temperaturu olan bu ərazi, həmçinin, dünyanın ən isti yerlərindən biri kimi məşhurdur. Lakin sonradan buzlaqların əriməsi nəticəsində əmələ gələn sular “Ölüm Vadisi”nin hövzəsini təxminən 160 kilometr uzunluğunda və 180 metr dərinliyində olan böyük bir gölə çevirib!

Maraqlıdır ki, “Ölüm Vadisi” dəniz səviyyəsindən 860 metr aşağıda yerləşir. Bu mənada həmin yerdə gölün mövcudluğu böyük məna kəsb edir. Bir çox ekspertlər bu müəmmanı hələ də çözə bilməyiblər.

Anar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR