Davudoğludan yumruq kimi cavab: “Türkiyə bunu...”
Bizi izləyin

Dünya

Davudoğludan yumruq kimi cavab: “Türkiyə bunu...”

Türkiyənin baş naziri Əhməd Davudoğlu Ankaraya səfər edən Almaniya kansleri Angela Merkellə görüşdən sonra birgə mətbuat konfransı təşkil edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əsasən Suriyadakı vəziyyətə və qaçqınlar probleminə toxunulan mətbuat konfransına “Die Welt” nəşrinin İstanbul təmsilçisi Dəniz Yücelin sualı damğasını vurub.

Almaniya nəşrinin müxbiri Türkiyədəki mətbuat azadlığını gündəmə gətirib və “Türkiyənin cənubi-şərqində qətliama” baş nazirlərin münasibət bildirməsini istəyib. Merkel mövzu ilə bağlı şərh verməkdən yayınıb, amma Türkiyə baş nazirinin cavabı çox sərt olub.

"Türkiyə hər partiyanın öz fikirlərini açıq şəkildə dilə gətirdiyi bir mühitdə seçkilər keçirdi. Dünyanın heç bir yerində iştirak səviyyəsi 85 faiz olan seçkilər olmadı. Dünyada çox az sayda baş nazir var ki, xalqdan mənim kimi 49 faiz səs alaraq vəzifəsini icra edir. Türkiyə 3 terror təşkilatı ilə eyni vaxtda mübarizə aparan yeganə ölkədir. Almaniyada bəzi bölgələr işğal edilsəydi, Almaniya və ya İngiltərənin ətrafında Suriya kimi parçalanmış bir ölkə olsaydı nə olardı?”, - Davudoğlu deyib.

Türkiyənin baş naziri Paris hücumundan sonra Fransa prezidenti Fransua Ollandın ordunu Parisə çağırdığını xatırladıb: “Çünki Fransa xalqının təhlükəsizliyi terrorçuların azadlığından daha əhəmiyyətlidir. Dünyanın hər yerində belədir. Bu Fransa üçün necədirsə, Türkiyə üçün də eyni şəkildədir. Dünyanın heç bir ölkəsi ölkəsinin hansısa hissəsində silahlı qrupun olmasına icazə verməz”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm