• USD 1,7000 0,00% EUR 1,8808 -0,11%
    • GBP 2,1958 -0,09% RUB 0,0267 +0,37%

Çeçenlərin İŞİD-dəki şəbəkəsi – Kadırovdan ŞOK ETİRAFLAR

  • Dünya
  • 9 Fevral 2016 08:54
  • 1 938 Baxış
Çeçenlərin İŞİD-dəki şəbəkəsi – Kadırovdan ŞOK ETİRAFLAR

Çeçen komandolar Suriyada terrorçularla bağlı kəşfiyyat məlumatları toplayır və hava hücumlarında vurulacaq mövqelərin koordinatlarını Moskvaya ötürür.

Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bunu Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov “Rossiya 1” televiziyasında nümayiş olunacaq bir sənədli filmdə deyib.

“Çeçenistanın ən yaxşı döyüşçüləri Suriyaya göndərilib. Onlar terrorçuların mövqeləri və sayı haqqında kəşfiyyat məlumatları toplayır. Bundan başqa, hava hücumu təşkil ediləcək mövqeləri müəyyənləşdirərək bombardmanların nəticələrini sənədləşdirirlər”, - Kadırov söyləyib.

Kadırov İŞİD terror qruplaşmasının içində çox geniş bir casus şəbəkəsinin qurulduğunu bildirib.

Sənədli filmdə çeçen komandolarının İŞİD-in içinə göndərilmədən əvvəl təlim aldıqları yerdən bəhs edilir. “Rusiyanın hava hücumlarının müvəffəqiyyətli olması üçün kimlərin döyüş meydanında həyatlarını riskə atdığını açıqlamağın zamanı gəldi”, - filmdə deyilir.

Rusiya mediası sənədli filmdə səslənən iddialarla bağlı Kremlin mövqeyini öyrənməyə çalışıb. Lakin Rusiya prezidentinin sözçüsü Dmitri Peskov iddiaları nə təsdiq, nə də təkzib edib. O, jurnalistlərə sualın Rusiya Müdafiə Nazirliyinə ünvanlanmalı olduğunu məsləhət görüb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR