Bəhreyn Suriyaya qoşun göndərməkdən imtina etdi
Bizi izləyin

Dünya

Bəhreyn Suriyaya qoşun göndərməkdən imtina etdi

Bəhreyn dövləti Suriyaya quru qoşunları göndərməkdən imtina edib.

Publika.az xəbər verir ki, Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd əl Xəlifə son günlər dünya mediasında bununla bağlı yayılan xəbərləri təkzib edib.

Nazir deyib ki, Bəhreynin İngiltərədəki səfirinin Suriyaya ordu göndərilməsi barədə verdiyi açıqlama doğru başa düşülməyib: “Bəhreyn Suriyaya qoşun göndərməyəcək, bu barədə yayılan məlumatlar doğru deyil”.

Xatırladaq ki, bu yaxınlarda Bəhreynin İngiltərədəki səfiri Şeyx Favaz bin Məhəmməd əl Xəlifə “Reuters” agentliyinə müsahibəsində bildirmişdi ki, ölkəsinin hərbçiləri Səudiyyə Ərəbistanı qoşunları ilə birgə Suriyada planlaşdırılan quru əməliyyatlarında iştirak edə bilər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm