“Putinin varisi” danışdı: “Başa düşmürəm...”
Bizi izləyin

Dünya

“Putinin varisi” danışdı: “Başa düşmürəm...”

Tula vilayətinin qubernatoru Aleksey Dyumin 2014-cü ilin fevralında Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin evakuasiya əməliyyatında iştirakını təkzib edib.

Publika.az xəbər verir ki, qubernator bu barədə “Kommersant” qəzetinə müsahibəsində bildirib.

“Bütün bunların haradan gəldiyini başa düşmürəm. Belə bir əfsanə haradan çıxıb? Bu mifi kim yaradır?” - Aleksey Dyumin deyib.

Qeyd edək ki, Aleksey Dyumin fevralın 2-də Rusiya prezidenti Vladimir Putin tərəfindən Tula vilayətinin qubernatoru təyin edilib. Britaniyanın “Daily Mail” qəzetinin yazdığına görə, Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin 2014-cü ilin əvvəlində ölkədən çıxarılması və Rusiyaya çatdırılması əməliyyatına məhz Dyumin rəhbərlik edib. Generalın Yanukoviçin Rusiyaya təcili evakuasiyasında iştirakı barədə fevralın 3-də “Kommersant” nəşri də yazıb.

Krımın ilhaqında həlledici rol oynayan xüsusi təyinatlı əməliyyata da Dyuminin rəhbərlik etdiyi bildirilir. Bu əməliyyata görə Putin ona “Rusiya Qəhrəmanı” adı verib, general rütbəsinə layiq görüb və quru qoşunlarının komandan müavini vəzifəsinə təyin edib. Cəmi iki ay əvvəl isə Dyumin müdafiə naziri Sergey Şoyqunun müavini təyin olunub.

Dyumin Putinin ehtimal olunan varisi hesab edilir. Vaxtilə Kremlə işləyən, lakin sonradan hakimiyyətlə münasibətləri korlanan təcrübəli teleaparıcı Sergey Dorenko hesab edir ki, Putin Aleksey Dyumini özünə varis hazırlayır. Onun fikrincə, Dyuminin şansı Putinin ehtimal olunan iki potensial varisi - baş nazir Dmitri Medvedevdən və Moskva vilayəti administrasiyasının rəhbəri Andrey Vorobyovdan daha çoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm