Rus səfir: “Moskva imtina etməyib, top Türkiyədədir”
Bizi izləyin

Dünya

Rus səfir: “Moskva imtina etməyib, top Türkiyədədir”

“Moskva “Türk axını” qaz kəməri layihəsindən imtina etməyib”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov deyib.

Lakin layihənin taleyi barədə proqnoz verməyən səfir topun Türkiyənin tərəfində olduğunu bildirib: “Hazırkı şəraitdə layihənin taleyini proqnozlaşdırmaq çox çətindir. İkitərəfli münasibətlərin normallaşması üçün Türkiyə tərəfinin addımlarını gözləmək lazımdır”.

Səfiri iki ölkə arasında münasibətlərin normallaşması üçün Su-24 təyyarəsinin vurulmasına görə, Ankaranın Moskva tərəfindən irəli sürülən şərtləri yerinə yetirməli olduğunu dilə gətirib. Andrey Karlov xatırladıb ki, Ankara hadisəyə görə üzr istəməli, günahkarları cəzalandırmalı və dəyən zərərə görə kompensasiya ödəməlidir.

Qeyd edək ki, Rusiya və Türkiyə arasında münasibətlər 2015-ci il noyabrın 24-də Rusiyanın Su-24 qırıcısının Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmasından sonra pisləşib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm