Saakaşvili: “Rusiyanı bu silahla fəth etmək olar”
Bizi izləyin

Dünya

Saakaşvili: “Rusiyanı bu silahla fəth etmək olar”

“Ukrayna əsgərləri müasir Amerika silahlarının köməyi ilə bütün Rusiyanı fəth edəcək”.

Publika.az xəbər verir ki, bunu Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili “24” televiziya kanalının efirində deyib.

“Ukrayna ordusunda əsas boşluq tank əleyhinə silahların köhnəlmiş olmasıdır. Amma ABŞ-da yeniləri var. Əgər onlar Ukraynaya verilsə və ilk zərbədə 50 Rusiya tankı məhv edilsə, hər şey fərqli olacaq”, - Saakaşvili bildirib.

Qubernator əlavə edib ki, Ukrayna əsgərləri dünyanın ən yaxşı döyüş ruhuna sahib əsgərlərdir və onlara lazımi hərbi biliklər ilə silahlar verilsə, bütün Rusiyanı tutmaq olar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm