Beş min nəfərlik “qətliam alayı” – Əsəd və ruslar...
Bizi izləyin

Dünya

Beş min nəfərlik “qətliam alayı” – Əsəd və ruslar...

Rusiyadan dəstək alan Bəşər Əsəd rejimi yeni bir “qətliam alayı” yaradıb.

Publika.az Türkiyənin “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, şiə döyüşçüləri, rejim əsgərləri və "Şebbiha" alayının döyüşçülərindən ibarət 2 min nəfərlik xüsusi birlik ilk dəfə Hama və Sahlel Gap bölgəsində döyüşüb.

Məlumata görə, “Aslan briqadaları” adlanan birliyin sıralarında rus əsgərləri də var. Müxalifətin Fəth Ordusuna qarşı uğurlu əməliyyatları həyata keçirə bilməyən “Aslan briqadaları”na sonradan daha 3 min döyüşçü qatılıb. Əsədin 5 min nəfərlik “qətliam alayı” Türkman dağı, Selme və Kürd dağı əməliyyatlarında iştirak edib.

“Qətliam alayı” ilk hücumlarını həyata keçirmədən 8 ay əvvəl Əsədin ordusunda xüsusi birlik kimi tanınan “Suvvar Sahra”nın əsgərləri ilə birlikdə İranda xüsusi təlim alıb. Alay Türkman dağında 50 gün davam edən qarşıdurmalarda həlledici rol oynayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm