Putinin Türkiyə PLANI - Bütün imkanlar səfərbər edildi
Bizi izləyin

Dünya

Putinin Türkiyə PLANI - Bütün imkanlar səfərbər edildi

“Rusiya prezidenti Vladimir Putin Türkiyənin Suriyaya girməsi üçün əlindən gələni edir”.

Publika.az xəbər verir ki, bu iddia ilə Türkiyənin “Milliyyət” qəzetinin yazarı Nihat Əli Özcan çıxış edib.

Onun sözlərinə görə, Putin Türkiyəni Suriyaya müdaxiləyə təhrik etməklə Ankaradan hərbi olaraq intiqam almaq istəyir: “Rusiya lideri bu məqsədlə iqtisadi, hərbi və kəşfiyyat imkanlarını səfərbər edib. Putin bir tərəfdən Əsədi dəstəkləyir, digər tərəfdən isə Türkiyədən öcünü almaq üçün fürsət axtarır. Şübhəsiz ki, Putin zədələnən qürurunu bərpa etmək istəyir”.

Türkiyəli yazar hesab edir ki, Türkiyənin qarşılaşdığı bütün problemlər Rusiyaya əlverişli fürsətlər verir: “Rusiya Türkiyənin təkbaşına Suriyada hərbi əməliyyatlara başlaması ilə məqsədinə yaxınlaşmış olacaq. Rusiyanın Hərbi Hava Qüvvələri Suriyadakı əməliyyatlarını genişləndirərək on minlərlə qaçqını Türkiyə sərhədinə sıxışdırır. Digər tərəfdən, Rusiya Türkiyənin dəstəklədiyi silahlı qrupları məhv etməyə çalışmaqla Ankaranı müdaxiləyə məcbur edə biləcəyini düşünür.

Türkiyənin Suriyaya hərbi müdaxilə edəcəyi barədə xəbərlər yayır. Eyni zamanda Səudiyyə Ərəbistanının Türkiyə üzərindən Suriyaya ordu göndərəcəyini bildirir”.

Nihat Əli Özcan qeyd edib ki, Putin yarımçıq qalan qarşıdurma üçün sanki Türkiyəni Suriya torpaqlarına çağırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm