NATO: “Rusiya qonşularını hərbi güclə qorxudur”
Bizi izləyin

Dünya

NATO: “Rusiya qonşularını hərbi güclə qorxudur”

NATO hərbi ittifaqının baş katibi Jens Stoltenberq Rusiyanı hərbi gücdən istifadə edərək qonşuları qorxutmaqda ittiham edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, baş katib bu barədə Brüsseldə NATO-nun müdafiə nazirlərinin konfransından əvvəl bildirib.

“Rusiya qonşularını hərbi güclə qorxudur. Biz Ukrayna və Gürcüstanda bunu gördük. Rusiya Avropa sərhədlərində yenidən hərbi güc tətbiq etməyə hazırdır”, - Jens Stoltenberq deyib.

NATO-nun baş katibi Ukraynanın da həmişə ittifaqın gündəmində olduğunu qeyd edib: “Arxayın ola bilərsiniz ki, NATO Ukraynaya praktiki və siyasi dəstək verməkdə davam edəcək”.

Stoltenberq daha əvvəllər də bildirib ki, ittifaq 2016-ci ildə də Ukrayna, Gürcüstan və Moldovanın müdafiə qabiliyyətinin güclənməsinə dəstəyini davam etdirəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm