BMT Ankaradan tələb etdi
Bizi izləyin

Dünya

BMT Ankaradan tələb etdi

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ankaranı Hələbdən qaçan qaçqınlar üçün sərhədləri dərhal açmağa çağırıb.

Publika.az BBC-nin türk xidmətinə istinadən xəbər verir ki, çağırışda Türkiyənin böyük qaçqın dalğası ilə bağlı narahatlığını başa düşdükləri bildirilib.

Ancaq ölkənin beynəlxalq öhdəliklərinin olduğu xatırlanıb. Təşkilat beynəlxalq cəmiyyəti də Türkiyənin yükünü paylaşmağa çağırıb.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qaçqınların planlı şəkildə Türkiyəyə buraxıldığını deyib. Sərhədə çatan 50 min nəfərdən təxminən 10 mininin Türkiyəyə buraxıldığını deyən Çavuşoğlu qeyd edib ki, Rusiya və Suriyanın hücumları davam edəcəyi halda sərhədə gələnlərin sayı 1 milyona çata bilər.

Türkiyənin baş naziri Əhməd Davudoğlu isə bildirib ki, heç kim Türkiyədən suriyalı qaçqınlarla bağlı təkbaşına məsuliyyət gözləməsin.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm