ABŞ-dan həyəcan təbili: “Şimali Koreya bir neçə həftə ərzində...”
Bizi izləyin

Dünya

ABŞ-dan həyəcan təbili: “Şimali Koreya bir neçə həftə ərzində...”

Şimali Koreya nüvə silahının istehsalında istifadə edilə biləcək yanacağın əldə olunmasına imkan verən plutonium reaktorunu yenidən işə salıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barərə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klepper deyib.

Amerika Senatının silahlı xidmətlər komissiyasında danışan Klepper Şimali Koreyanın plutonium reaktorunu bir müddət əvvəl işə saldığını bildirib. Onun sözlərinə görə, Pxenyan bu reaktor sayəsində bir neçə həftə və yaxud da bir neçə ay ərzində plutoniumun sahibi ola bilər.

Qeyd edək ki, Şimali Koreya fevralın 7-də qitələrarası ballistik raketlə kosmosa peyk göndərib. Bu hadisə region ölkələri və dünyanın böyük dövlətləri tərəfindən sərt qarşılanıb. Hətta Pxenyanın ən əhəmiyyətli müttəfiqi sayılan Çin də Şimali Koreyanı tənqid edib.

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın bazar günü keçirdiyi uzun mənzilli raketi sınaqdan keçirməsini kəskin qınayıb. Fövqəladə iclasda Təhlükəsizlik Şurasının üzvləri bağlı qapılar arxasında 90 dəqiqə Şimali Koreya ilə bağlı atılacaq növbəti addımları müzakirə edib. Görüşün nəticəsi olaraq qəbul olunan bəyanatda bildirilib ki, Pxenyanın ballistik raket texnologiyalarından istifadə edərək raket sınağı keçirməsi Təhlükəsizlik Şurasının 2006-cı ildə təsdiq etdiyi qətnamələrin ciddi şəkildə pozulmasıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm