Papa Fransisk Putindən kömək istəyəcək
Bizi izləyin

Dünya

Papa Fransisk Putindən kömək istəyəcək

Katolik xristianların ruhani lideri Papa Fransisk Rusiya prezidenti Vladimir Putinin ünvanına təriflər yağdırıb.

Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, Papa Fransisk Putinin Şərqdəki xristianları xilas edəcək yeganə şəxs olduğunu söyləyib.

Məlumata görə, fevralın 12-də Kubada Rus Pravoslav Kilsəsinin Patriarxı Kirillə görüşəcək katolik dini lider Yaxın Şərq və dünyanın digər yerlərində “zülmə məruz qalan” xristianların müdafiəsi üçün Vladimir Putindən kömək istəyəcək.

“Sputnik” qeyd edir ki, Papa Fransisk Rusiya liderinin köməyi ilə İran prezidenti Həsən Ruhani, Suriya prezidenti Bəşər Əsəd ve Çin hökuməti ilə təmas yaratmaq istəyir.

Qeyd edək ki, Papa Fransisk və Patriarxı Kirill fevralın 12-də Kubanın paytaxtı Havanada bir araya gələcək. Bu, 11-ci əsrdə kilsənin Qərb və Şərq olaraq iki hissəyə ayrılmasından sonra Vatikan və Rus Pravoslav Kilsəsinin rəhbərləri arasında ilk görüş olacaq. Görüşdə Vatikan və Rus Pravoslav Kilsəsinin gələcək əlaqələri ilə əlaqədar birgə bəyannamə imzalanacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm