Şəmkirdə 41 yaşlı qadını maşın vurdu
Bizi izləyin

Dünya

Şəmkirdə 41 yaşlı qadını maşın vurdu

Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə fevralın 9-u axşam saatlarında rayonun Bayramlı kəndi yaxınlığında qeydə alınıb. Kənd sakini 1975-ci il təvəllüdlü Cəmilə Əsgərova yolu keçmək istəyərkən hələ ki, markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarəti alan qadın Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

C. Əsgərovanın yaxınları bildirib ki, qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm