Rusiya səfirindən rəsmi Ankaraya ÇAĞIRIŞ
Bizi izləyin

Dünya

Rusiya səfirindən rəsmi Ankaraya ÇAĞIRIŞ

Rusiyanın Ankaradakı səfiri Andrey Karlov 2015-ci il noyabrın 24-də Türkiyə qırıcıları tərəfindən vurulan “Su-24” döyüş təyyarəsinin paraşütlə yerə düşən pilotu Oleq Peşkovu vuran türk komandir Alparslan Çelikin Türkiyə tərəfindən dərhal həbs olunmasını tələb edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, rus səfir bəyan edib ki, Oleq Peşkovun qatili Türkiyədə rahat hərəkət etsə də, Türkiyə hökuməti nədənsə onu həbs etmir: “Hətta bu adam televiziya kanallarına çıxır, qəzetlərə müsahibələr verir və əlini-qolunu sallayaraq, rahat-rahat ortalıqda dolaşır. Ancaq Ankara hökuməti bu MHP-lini həbs etmək üçün heç bir addım atmır. Biz Alparslan Çelikin tutulması üçün rəsmi Ankaraya dəfələrlə çağırış etmişik”.

Xatırladaq ki, Keban bələdiyyəsinin keçmiş MHP-dən olan sədri Ramazan Çelikin oğlu olan Alparslan Çelik 2014-cü ilin birinci yarısı İraqa gedərək, oradakı türkmənlərlə birgə İŞİD-ə qarşı döyüşüb. A.Çelik 2015-ci ilin əvvəlində İraqdan Suriyaya keçərək, Bayırbucak türkmənləri tərəfə qatılıb. O, buradakı 2-ci Türkmən Sərhəd Komandanlığı sıralarında hərbi vəzifələrə yüksələrək, komandir rütbəsinə layiq görülüb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm