Seçkiöncəsi nəticələr açıqlandı: Tramp birincidir – FOTOLAR
Bizi izləyin

Dünya

Seçkiöncəsi nəticələr açıqlandı: Tramp birincidir – FOTOLAR

Bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədlər arasında keçirilmiş seçkiöncəsi sorğunun nəticələri açıqlanıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, seçkiöncəsi nəticələrdə Respublikaçılar Partiyasının namizədi, milyarder Donald Tramp və Demokratlar Partiyasından namizəd, sosialist Bernie Sanders ilk sırada yer alıblar.

Sorğunun nəticələri aşağıdakı kimidir:

Demokratlar Partiyasının namizədləri:

Bernie Sanders: 59.9

Hillari Klinton: 38.5

Respublikaçılar Partiyasının namizədləri:

Donald Tramp: 34.5

Con Kasiç: 16.4

Ted Kruz: 11.5

Ceb Buş: 11.2

Marko Rubio: 10.5

Kris Kristi: 7.6

Karli Fiorina: 4.2

Ben Karson: 2.3

Qeyd edək ki, ABŞ-da növbəti seçkiöncəsi sorğu bu il fevralın 20-də keçiriləcək. Həmin gün Demokratlar Partiyası Nevadada partiya yığıncaqları üsulu, Respublikaçılar Partiyası isə Cənubi Karolinada ənənəvi seçki üsulu ilə ilkin seçkilər keçirəcəklər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm