• USD 1,7000 0,00% EUR 1,8782 0,00%
    • GBP 2,1781 0,00% RUB 0,0267 0,00%

Putin “birbaşa xətt”ə çıxır – TARİX AÇIQLANDI

  • Dünya
  • 10 Fevral 2016 13:50
  • 1 024 Baxış
Putin “birbaşa xətt”ə çıxır – TARİX AÇIQLANDI

Rusiya prezidenti Vladimir Putin aprelin 14-də televiziya ilə birbaşa yayımda ölkə vətəndaşları ilə ənənəvi illik dialoq keçirəcək.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu barədə telekanallardan birindəki mənbə bildirib.

Nəşrin məlumatına görə, “birbaşa xətt” “Birinci kanal”, “Rossiya 1”, “Rossiya 24”, "İctimai TV” telekanalları, “Mayak", “Vesti FM” və “Radio Rossiya” radiostansiyaları ilə birbaşa yayımlanacaq. Bundan əlavə, “birbaşa xətt”i bir neçə xarici dildə Rusiyanın informasiya kanalı RT yayımlayacaq.

Prezident Administrasiyasındakı mənbələr də Rusiya vətəndaşlarının Putinlə birbaşa dialoqunun aprelin ortalarında planlaşdırıldığını təsdiqləyiblər. Dövlət başçısının mətbuat xidməti Dmitri Peskov “birbaşa xətt”ə hazırlığı təsdiqləyib, lakin dəqiq tarixin hələ müəyyən edilmədiyini bildirib.

2015-ci il aprelin 16-da keçirilən “birbaşa xətt” 3 saat 57 dəqiqə davam edib. Bu müddət ərzində prezident 74 suala cavab verib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR