Qadının başını kəsdi, əzalarını doğradı, "qaban ətidir" dedi - manyak axtarılır
Bizi izləyin

Dünya

Qadının başını kəsdi, əzalarını doğradı, "qaban ətidir" dedi - manyak axtarılır

Avropa məşhur qaniçən doktor Hannibal Lekterin pərəstişkarı olan manyak barəsində axtarış eIan edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Polşa daha əvvəl bu şəxsin həbsi ilə bağlı order verib.

Avropolun rəsmi saytının məlumatına görə, söhbət 1989-cu il təvəllüdlü, 180-185 santimetr boya malik Kayetano Poznanskidən gedir. Ağır cinayətdə şübhəli bilinən bu şəxs barəsində Polşanın hüquq-mühafizə orqanları həbs qərarı çıxarıblar.

Bu məsələ indi Fransa mətbuatında da müzakirə edilir. Kayetano Poznanski gənc qadını xüsusi qəddarlıqla öldürməkdə şübhəli bilinir. Cinayətkar qadının başını kəsib və bədənini bir neçə hissəyə doğrayıb. “Le Parisien” və “Le Figaro”nun yaydığı məlumata görə, cinayətkarın Qərbi Avropaya qaçdığı güman edilir.

Cinayətdə şübhəli bilinən şəxs ixtisasca kitabxanaçıdır. Varşava Məhkəməsinin mətbuat katibinin sözlərinə görə, bu şəxs kriminal keçmişinin olmamasına baxmayaraq, ictimai baxımdan olduqca təhlükəlidir. Üstəlik, onun psixi xəstə olub-olmaması da aydın deyil.

Jurnalistlər Poznanskinin əvvəllər qədim poeziya haqqında mühazirələr oxuduğunu öyrəniblər. Mühazirələr zorakılığı əks etdirən fotolarla əks olunub. Poznanski samuray qılınclarının kolleksiyasını toplayıb. Öz qurbanını da həmin qılınclardan biri ilə qətlə yetirib.

Cinayətkarın “Quzuların susması” filminin qəhrəmanı, silsilə qətllər törətmiş doktor Hannibal Lekterin pərəstişkarı olması onun təhlükəli olmasına dəlalət edir.

Manyakın qurbanı 30 yaşlı polyak müəllimə olub. O, fevralın 3-də manyaka onun evində dərs keçib. Poznanski qadını samuray qılıncı ilə qətlə yetirib. Bundan sonra qadının bədənini hissələrə ayırıb və taksiyə əyləşərkən sürücüyə bunun qaban əti olduğunu deyib.

Manyak qaçmazdan əvvəl mənzilini yandırıb. Lakin yanğınsöndürənlər evdəki alovun qarşısını ala biliblər. Onlar mənzildə qətlə yetirilmiş qadının bədəninin ayrı-ayrı hissələrini tapıblar.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm