İki əngəl qaldı: Razılaşma yaxındır
Bizi izləyin

Dünya

İki əngəl qaldı: Razılaşma yaxındır

İsrail və Türkiyə əlaqələrin normallaşdırılması üçün yenidən danışıqlara başlayır.

Publika.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” nəşrinə İsrail Xarici İşlər Nazirliyinin səlahiyyətliləri bildirib.

Onlar görüşün bu gün Cenevrədə keçiriləcəyini qeyd ediblər. Türkiyə Xarici İşlər Nazirliyindən isə xəbər nə təkzib, nə də təsdiq edilib.

İsrail nəşrinə görə, danışıqlarda Türkiyəni Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlu, İsraili isə baş nazir Benyamin Netanyahunun məsləhətçisi Cozef Ciechanoverin rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edəcək.

Qəzetə danışan israilli səlahiyyətliyə görə, razılaşmanın əldə olunması üçün iki əhəmiyyətli əngəl qalır. Bunlardan birincisi, Türkiyənin Qəzzaya sərbəst daxilolma haqqını istəməsidir. Lakin İsrail bu haqqı Türkiyəyə vermək istəmir. Bunun isə iki səbəbi var: İsrail Qəzzaya tətbiq etdiyi mühasirəni qaldırmağa müsbət yanaşmır və Misir Türkiyənin Qəzzaya daxil olmasını istəmir.

“Haaretz”ə görə, ikinci əngəl Fələstinin Həmas təşkilatının Türkiyədəki fəaliyyətidir. Türkiyə Həmas səlahiyyətlisi Salah Arurini ölkədən çıxarsa da, İsrail İstanbulda hələ də Həmasın aktiv bir mərkəzinin olduğunu və təşkilat üçün pul toplandığını bildirir. İsrail Ankaradan Həmasın Türkiyədəki fəaliyyətinə son qoyulmasını tələb edir.

İsrailin baş naziri Netanyahu da dünənki açıqlamasında qeyd edib ki, danışıqlarda konkret addımın atılması üçün hər iki tərəf fədakarlıq nümayiş etdirməldiir.

Dünən ABŞ-ın tanınmış yəhudi təşkilatlarından olan “Conference of Presidents” adlı qrupdan Malkolm Hoenleynin başçılq etdiyi heyət Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşüb. Hoenleyn Netanyahuya yaxın şəxslərdən hesab edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm