Baş qərargah rəisi edam edildi
Bizi izləyin

Dünya

Baş qərargah rəisi edam edildi

Şimali Koreya Xalq Ordusunun Baş qərargah rəisi edam edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Renxap” agentliyi məlumat yayıb.

Məlumata görə, Ri Yong Gil korrupsiya və digər cinayətlərdə ittiham olunub. General sonuncu dəfə 2014-cü ilin sentyabr ayında ictimaiyyətin qarşısına çıxıb. Həmin ilin oktyabr ayında isə dövlət mediasında generalla bağlı xəbərlər dayandırılıb.

“Renxap” agentliyi onun ölkənin lideri Kim Çen Inla fevralın 2-də görüşündən sonra edam edildiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm