Rusiya gizli silahlarını işə salacaq – NATO tarixi açıqladı
Bizi izləyin

Dünya

Rusiya gizli silahlarını işə salacaq – NATO tarixi açıqladı

NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüssel toplantısında blokun şərq sərhədlərinin gücləndirilməsi üçün yeni plan müzakirə olunur.

Publika.az “Daily Telegraph” nəşrinə istinadən xəbər verir ki, NATO plan çərçivəsində Rusiya sərhədinə əlavə qüvvələrin transferini nəzərdə tutur.

Nəşrin məlumatına görə, hərbi alyans Moskvanın Şərqi və Cənubi Avropaya qarşı “hibrid müharibə”sindən, həmçinin Baltikyanı ölkələri tammiqyaslı işğal ehtimalından narahatdır. Bununla əlaqədar olaraq Estoniya, Latviya, Litva, Polşa, Rumıniya və Bolqarıstanın hər birində 1000 nəfərə qədər əlavə hərbçinin yerləşdirilməsi planlaşdırılır. Bu qüvvələr mobil hava hücumundan müdafiə sistemləri ilə təchiz oluna bilər.

Fevralın 9-da ABŞ müdafiə nazirinin müavini Robert Vark bildirib ki, Rusiya və Çinin güclənməsi dünya gücləri arasında yeni qarşıdurmaya gətirib çıxara bilər. Pentaqon rəhbərinin müavini Moskva və Pekin siyasətini “aqressiv” adlandırıb. Onun sözlərinə görə, NATO qərb sərhədində Rusiyaya qarşı tədbirlərin görülməsi haqqında danışarkən, Çin Cənubi Çin dənizində süni adaları inşa edir.

Öz növbəsində, ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klepper Vaşinqton və Moskva arasında “Soyuq müharibə” dövründəki münasibətlərin qayıtmasını istisna etməyib. Onun fevralın 9-da dərc olunan hesabatında bildirilir ki, Rusiya özünün gizli silahlarından istifadə etməyə hazır olduğunu ifadə edərək 2016-ci ildə aqressiv xarici siyasət həyata keçirmək niyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm