Dənizdəki balıqlar dondu - İNANILMAZ FOTOLAR
Bizi izləyin

Dünya

Dənizdəki balıqlar dondu - İNANILMAZ FOTOLAR

Havanın temperaturu sıfır dərəcədən 10 dərəcəyə qədər düşüb və sahil seqmentlərində dəniz donub

Norveçin Nordland bölgəsində havanın temperaturu sıfır dərəcədən 10 dərəcəyə qədər düşüb və sahil seqmentlərində dəniz donub.

Norveçli İngolf Kristinsen Nordland bölgəsində gəzərkən minlərlə balığın dənizdə donduğunu görüb. Kristinsen balıqların şəkilini çəkərək qəzetlərə göndərib və qeyd edib:

“İtim Anton ilə gəzərkən gördüyüm mənzərə məni çaşdırdı. Balıq sürüsünün dənizdə donduğunu gördüm. Həyatım boyu dənizin donduğunu çox görmüşdüm, amma balıqların donduğunu heç vaxt görməmişdim”.

Dəniz Araşdırma İnstitutundan Aril Slott balıqların balinalardan qaçarkən quruya çox yaxınlaşdıqları üçün donduqlarını deyib.

İnger Sjöberg adındakı qadın da bir göldə donmuş maralın şəkilini çəkərək qəzetlərə göndərib. Ölkənin bəzi bölgələrində havanın temperaturu -26 dərəcə olaraq ölçülüb.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm