Moskvaya mesaj: "Döyüş gəmiləri Türkiyə üçün hazırdır"
Bizi izləyin

Dünya

Moskvaya mesaj: "Döyüş gəmiləri Türkiyə üçün hazırdır"

NATO regionda artan təhlükəni nəzərə alaraq Türkiyəyə əlavə hərbi dəstək verəcək.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Jens Stoltenberq alyansa üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən toplantısında deyib.

Stoltenberqin sözlərinə görə, Türkiyə üçün əlavə hərbi təminatlar ötən ilin sonunda təsdiq edilib. AWACS sistemləri ilə təchiz olunmuş kəşfiyyat təyyarələrinin Türkiyəyə göndərilməsi, hava patrul xidmətinin gücləndirilməsi, Aralıq və Qara dənizlərində NATO donanmasının genişləndirilməsi Türkiyəyə veriləcək əlavə hərbi təminatlara daxildir.

"Türkiyənin təhlükəsizliyi üçün Aralıq və Qara dənizlərində döyüş gəmiləri hazırdır", - NATO-nun baş katibi qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm