Terror təşkilatı İncirlikdən idarə olunur – ŞOK İDDİA
Bizi izləyin

Dünya

Terror təşkilatı İncirlikdən idarə olunur – ŞOK İDDİA

“ABŞ PYD ilə yalnız Suriyada eyni cəbhədə yer almaqla kifayətlənmir, həm də Türkiyəni içəridən vurur”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin “Yeni Şafak” nəşrinin yazarı İbrahim Karagül yazıb.

“Xaricdə tam bir koalisiya şəklində dəstəklənilən PYD-nin Türkiyənin daxilindən də müdafiə olunmasından danışa bilərikmi? Bu sual həqiqətən çox ciddidir. ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbinin şərhləri bizə “PKK və PYD İncirlikdən idarə olunur” cümləsini işlətməyə imkan verir. Şimali Suriya dəhlizinin Türkiyəyə qarşı cəbhənin inşası anlamına gəldiyi bir gerçəkdir”, - İbrahim Karagül qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın dəstəyi ilə Rusiya və İranın Türkiyənin cənub sərhədlərini nəzarət almağa çalışması açıq-aydın görünür: “Məqsəd Türkiyəni yerləşdiyi coğrafiyadan və sünni dünyadan qoparmaq, təklik və çarəsizliyə məhkum etməkdir. Şimali Suriya dəhlizinin köməyi ilə müsəlmanlar arasına qalın bir divar hörülür”.

Qeyd edək ki, Dövlət Departamentinin sözçüsü Con Kirbi ABŞ-ın YPG (PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı) silahlı birləşməsini terror qruplaşması kimi tanımadığını bildirib. O, qeyd edib ki, ABŞ bu birləşməyə dəstək verməkdə davam edəcək.

PYD Türkiyə tərəfindən terror təşkilatı kimi tanınır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm