
“İqtidar islama qarşı döyüş aparır”.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkili Hüda Kaya deyib.
HDP-nin qrup toplantısında danışan millət vəkili Türkiyənin probleminin xəndək və terror olmadığını bildirib: “Haqq və insanlıq problemi var. Xəndək və döyüş yalnız nəticədir. Səltənət döyüşünü islama yapışdırmağa çalışan iqtidar islam üçün deyil, islama qarşı döyüş aparır”.