Azərbaycan İslam ölkələri koalisiyasının ilk toplantısına qatıla bilər
Bizi izləyin

Dünya

Azərbaycan İslam ölkələri koalisiyasının ilk toplantısına qatıla bilər

Bu ilin martında Səudiyyə Ərəbistanı ilk dəfə olaraq terrorla mübarizə aparan 34 İslam ölkələri koalisiyasının toplantısına ev sahibliyi edəcək.

Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “El-İhbariyye” telekanalı məlumat yayıb.

Yayılan məlumata görə, toplantıda koalisiyanın üzvü olan Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Bəhreyn, Banqladeş, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor Adaları İttifaqı, Qətər Əmirliyi, Fil dişi sahili, Küveyt, Livan, Liviya, Maldiv Respublikası, Mali, Malayziya, Misir, Mərakeş Krallığı, Mavritaniya İslam Respublikası, Niger, Nigeriya və Yəmən dövlət rəsmilərinin iştirakı nəzərdə tutulub. Toplantıya qeyri-üzv iştirakçıların da qatılması gözlənilir. Onların arasında Azərbaycanın da adı var.

Xatırladaq ki, 2015-ci ilin dekabrında Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda 34 İslam ölkəsinin terrorla mübarizə koalisiyası təsis edilib. Koalisiya yaradılan zaman özünün əsas məqsədinin dünyada mövcud olan dini, məzhəbi və digər bu kimi fitnə-fəsad çıxaran, insanları qorxudan, öldürən silahlı terror təşkilatlarına qarşı olacağını bəyan edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm