Rusiya böhrandan necə çıxacaq? - Gizli Plan “Bloomberg”də
Bizi izləyin

Dünya

Rusiya böhrandan necə çıxacaq? - Gizli Plan “Bloomberg”də

Neftin qiymətinin ucuzlaşması səbəbindən iqtisadi böhran yaşayan Rusiyada hökumət 10,5 milyard dollarlıq maliyyə təşviqi proqramının tətbiqini planlaşdırır.

Publika.az xəbər verir ki, keçən il 3,7 faiz azalan iqtisadiyyatı canlandırmaq üçün İqtisadiyyat Nazirliyinin hazırladığı böhranla mübarizə planının dövlət başçısı Vladimir Putinə təqdim edilməsi gözlənilir.

Proqramda regional büdcələrə borc verilməsi, avtomobil sənayesi və Rusiya dəmiryolları şirkətinin dəstəklənməsi irəli sürülür.

Ancaq bu mövzuda hazırlanan və “Bloomberg” tərəfindən ələ keçirilən təklif qaralamasına görə, bazara yönəldiləcək 828 milyard rublun federal büdcə, böhranla mübarizə fondu və digər milli fondlardan təmin ediləcək hissəsi xaricindəki 134 milyard rublunun qaynağı göstərilmir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm