• USD 1,7000 0,00% EUR 1,8828 +0,03%
    • GBP 2,1978 +0,13% RUB 0,0266 0,00%

Suriyada atəşkəsin başlanacağı tarix açıqlandı

  • Dünya
  • 11 Fevral 2016 12:52
  • 741 Baxış
Suriyada atəşkəsin başlanacağı tarix açıqlandı

Rusiya ABŞ-a martın 1-dən Suriyada atəşkəs rejiminin tətbiq edilməsini təklif edib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Qərb rəsmi mənbəyinə istinadən bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner isə “RİA-Novosti” agentliyinə açıqlamasında söyləyib ki, Moskvanın təklif etdiyi konkret tarix haqqında heç bir məlumata malik deyil. “Atəşkəsin dərhal əldə olunması bizim üstünlüyümüz olardı”, - Toner deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 9-da “Moskovskiy Komsomolets” qəzetinə müsahibəsində Moskvanın Suriyada atəşkəsin təmin edilməsi üçün ABŞ-a plan təklif etdiyini qeyd edib.

Nazir planın detallarını açıqlamayıb, lakin bildirib ki, plan Suriya prezidenti Bəşər Əsədin dərhal istefasını nəzərdə tutmur. Lavrov Vaşinqtonun plana tezliklə baxacağına ümid etdiyini bildirib.

Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Vitali Çurkinin sözlərinə görə, ölkəsi fevralın 11-də Münhen Təhlükəsizlik Konfransında atəşkəs rejimi bağlı yeni ideyaları təqdim edəcək.

Qeyd edək ki, Suriya münaqişəsinin həlli ilə bağlı Cenevrə danışıqları fevralın 25-dək təxirə salınıb. Yeni danışıqların nə vaxt başlanacağı məlum deyil.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR