• USD 1,7000 0,00% EUR 1,8828 +0,13%
    • GBP 2,2019 +0,23% RUB 0,0266 -0,38%

“Böyük müharibə” bu tarixdə başlayacaq – 10 ölkə “cəhənnəm”ə girir

  • Dünya
  • 11 Fevral 2016 13:26
  • 3 989 Baxış
“Böyük müharibə” bu tarixdə başlayacaq – 10 ölkə “cəhənnəm”ə girir

Səudiyyə Ərəbistanın liderlik etdiyi İslam koalisiyası gələn ay Suriyaya müdaxilə etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə CNN kanalı adı açıqlanmayan mənbələrə istinadən bildirib.

CNN Səudiyyə Ərəbistanı, Misir, Sudan, İordaniya, Mərakeş, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər və Türkiyənin təxminən 150 min əsgərinin mart ayında Suriyaya girəcəyini iddia edib. Koalisiya güclərinin Suriyaya Türkiyə ərazisindən daxil olacağı bildirilir.

Səudiyyə Ərəbistanı müdafiə nazirinin məsləhətçisi, briqada generalı Əhməd Asseri bu ayın əvvəlində bildirmişdi ki, İŞİD-ə qarşı hava əməliyyatları terrora qaşı mübarizədə kifayət etmir. O, İslam koalisiyasının quru əməliyyatlarına başlamağa hazır olduğunu söyləmişdi.

ABŞ-ın müdafiə naziri Eşton Karter də İŞİD-ə qarşı keçiriləcək quru əməliyyatlarını məmnuniyyətlə qarşılayacağını açıqlamışdı.

İki gün əvvəl “Moskovskiy Komsomolets” qəzetinin suallarını Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələri digər ölkələrə Suriyada quru əməliyyatı həyata keçirməsinə icazə verməyəcək. Lakin o, xarici dövlətlərin Suriyada quru əməliyyatlarına başlayacağını da istisna etməyib: “Bu mümkündür. Quru əməliyyatlarının həyata keçiriləcəyinə dair bəyanatlar eşidirik. Danışıqlar müvəffəqiyyətli olmasa və ya bu ölkələrin qarşısı alınmasa, yəqin ki, bəzi ölkələrin açıq şəkildə söylədiyi və az qala tamamilə Bəşər Əsədə qarşı olan şəxsi qəzəbin istiqamətləndirdiyi hərbi həll yolundan istifadə olunacaq. BMT Təhlükəsizlik Şurasının qərarları və digər sənədlər Suriyada hərbi həll variantından imtina edir. Ancaq Amerikanın bölgədəki bəzi müttəfiqləri bu reallığı yaxına buraxmaq istəmirlər”.

Ötən həftə isə Suriyanın xarici işlər naziri Valid Əl-Müəllim Dəməşqdə keçirdiyi mətbuat konfransında Suriyaya müdaxilə etmək fikrində olan ölkələri təhdid edib. Onun sözlərinə görə, rəsmi Dəməşqin dəvəti olmadan Suriyada quru əməliyyatlarda iştirak edən xarici hərbçilər evə taxta tabutlarda qayıdacaqlar.

Analoji təhdid Suriya rejim qüvvələrinin tərəfindən vuruşan “Hizbullah” təşkilatından da gəlib. Təşkilat Suriyaya müdaxilə etmək niyyətində olan ölkələrin əsgərlərinə cəhənnəm vəd edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı müdafiə nazirinin məsləhətçisi, briqada generalı Əhməd Asseri ölkəsinin ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın tərkibində Suriyada quru əməliyyatlarında iştirak etməyə hazır olduğunu bildirib.

CNN telekanalına daha əvvəl Ər-Riyaddakı mənbələr bildiriblər ki, Səudiyyə Ərəbistanı və onun ərəb müttəfiqləri İŞİD qruplaşmasına qarşı Suriyada keçiriləcək mümkün əməliyyata 150 min hərbi qulluqçu ilə hazırlaşırlar. Mənbələrin sözlərinə görə, hazırlıq proqramları Səudiyyənin ərazisində həyata keçirilir.

Rusiya isə martın 1-dən Suriyada atəşkəs rejiminin tətbiq edilməsinə çalışır. Bu barədə “Reuters” agentliyi Qərb rəsmi mənbəyinə istinadən bildirib.

Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Vitali Çurkinin sözlərinə görə, ölkəsi fevralın 11-də Münhen Təhlükəsizlik Konfransında atəşkəs rejimiylə bağlı yeni ideyaları təqdim edəcək.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR