Soros: “Qərb Putinlə bağlı ciddi səhvə yol verdi”
Bizi izləyin

Dünya

Soros: “Qərb Putinlə bağlı ciddi səhvə yol verdi”

“ABŞ və Avropa Birliyi ölkələrinin İŞİD terror qruplaşması ilə mübarizədə Rusiya prezidenti Vladimir Putinə potensial müttəfiq kimi baxması ciddi səhvdir”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Amerika maliyyəçisi və tanınmış milyarder Corc Soros deyib.

Onun sözlərinə görə, Putinin məqsədi Avropa İttifaqının dağılmasını təşviq etməkdir. Milyarder qeyd edib ki, Rusiya lideri buna daha çox suriyalı qaçqının Avropaya axın etməsi ilə nail olmaq niyyətindədir.

“Putin Avropanı qaçqın böhranına itələmək üçün Suriyaya müdaxilə etdi. Rusiya prezidenti Avropa İttifaqının dağılmasını sürətləndirmək imkanı əldə etdi və bunu əldən vermədi”, - Soros deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm