• USD 1,7000 0,00% EUR 1,8808 -0,11%
    • GBP 2,1958 -0,09% RUB 0,0267 +0,37%

Kosmosdan çəkilən ildırım VİDEOSU

  • Dünya
  • 11 Fevral 2016 18:20
  • 938 Baxış
Kosmosdan çəkilən ildırım VİDEOSU

Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində olan britaniyalı astronavt Tim Pik Yerdən 400 kilometr hündürlükdə çoxsaylı ildırım çaxmalarının, göy gurultularının videosunu çəkərək özünün “İnstagram” səhifəsində paylaşıb.

Publika.az “Popular Science”-ə istinadən xəbər verir ki, bir sıra astronavtlar, o cümlədən Beynəlxalq Kosmik Stansiyadakı ekipajın komandiri Skott Kelli kosmosa göndərilməzdən öncə xüsusi fotoqrafiya kursu keçiblər.

Kelli özü Tim Pikə Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində çəkilişlərin aparılma qaydası üzrə xüsusi təlim keçib. Bununla yanaşı, NASA 2015-ci ildən astronavtlara sosial şəbəkələrdən fəal istifadə etməyi öyrədib.

Ehtiyatda olan mayor, hərbi təyyarəçi Tim Bik dekabrın 15-dən Beynəlxalq Kosmik Stansiyanın ekipaj üzvləri arasındadır. O, Avropa Kosmik Agentliyi sayəsində kosmosa göndərilmiş ilk Britaniya vətəndaşıdır.

Onunla birlikdə stansiyaya rusiyalı kosmonavt Yuri Malençenko və amerikalı astronavt Timoti Kopra da göndərilib. Bundan əlavə, Ruskosmosun iki mühəndisi Sergey Volkov və Mixail Korninenko və NASA-nın 46-cı ekipajının astronavtı Skot Kelli də Beynəlxalq Kosmik Stansiyadadırlar.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR