Xamneyinin nəvəsi seçkilərə buraxılmadı
Bizi izləyin

Dünya

Xamneyinin nəvəsi seçkilərə buraxılmadı

İranın Konstitusiyaya Nəzarət Şurası ölkənin ali dini rəhbəri ayətullah Əli Xamneyinin nəvəsi Həsən Xamneyinin seçkilərə qatılmasına qadağa qoyub.

Publika.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA yazıb.

Həsən Xamneyi Ekspertlər Şurasına (Məclisi Xubreqan) keçiriləcək seçkilərdə iştirak etmək üçün müraciət etmişdi.

Qeyd edək ki, fevralın 26-da İran İslam Şurası (parlament) və Ekspertlər Şurasına seçkilər keçiriləcək.

Ekspertlər Şurası İranın əhəmiyyətli hakimiyyət orqanlarından biridir. Quruma İranın hər vilayətindən 1 nəfər ruhani seçilir. Şura 82 nəfərdən ibarətdir və əsas funksiyası İran İslam Respublikasının ali dini liderini seçmək, vəzifədən kənarlaşdırmaq və fəaliyyətinə nəzarət etməkdən ibarətdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm