Nazir gəncləri öpüşməməyə çağırdı
Bizi izləyin

Dünya

Nazir gəncləri öpüşməməyə çağırdı

Livanın səhiyyə naziri Vael Ebu Faur “donuz qripi” təhlükəsi ilə əlaqədar əhalini öpüşməməyə çağırıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, livanlı nazir əhaliyə müraciətində “donuz qripi” virusuna tutulmamaq üçün insanlarla yaxın təmasdan çəkinməyi tövsiyə edib.

Qarşıdan sevgililər gününün gəldiyini vurğulayan nazir gənclərə də çağırış edib: “Donuz qripi”ndən qorunmaq istəyirsizsə, lazım olmayan halda tez-tez öpüşməyin. Sevgililər, öpüşməyə ara versəniz, bu ilk növbədə sizin sağlamlığınız üçün faydalı olar”.

Xatırladaq ki, “El Arabiya”-nın yaydığı xəbərə görə, Livanda H1N1 virusu – “donuz qripi”ndən artıq 4 nəfər dünyasını dəyişib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm