Çavuşoğlu: “İddia edirəm ki, ABŞ və bəzi ölkələr...” - VİDEO
Bizi izləyin

Dünya

Çavuşoğlu: “İddia edirəm ki, ABŞ və bəzi ölkələr...” - VİDEO

"ABŞ bu günə qədər Rusiyaya inanmaqla səhv etdiyini anlamağa başlayıb. Amerikalılar və avropalılar “kaş ki, sizi dinləsəydik” deyir”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin plan və büdcə komissiyasının iclasında çıxışında deyib.

Nazir Suriyadakı mötədil müxalifətin 114 ölkə tərəfindən legitim müxalifət olaraq qəbul edildiyini qeyd edib: “Amerika ilə Rusiya İŞİD mövzusunda eyni düşünmür. Rusiyanın fərqli gündəliyi var. Bu günə qədər Rusiyaya inanmaqla səhv etdiyini Amerika da anlamağa başlayıb. Əsədin getməsi mövzusunda da fərqli düşünmürük. ABŞ 18 aylıq keçid prosesindən sonra Əsədin getməli olduğunu bildirir, ancaq Rusiya və İran Əsədin qalmasını istəyir”.

Türkiyənin Cenevrə və Vyana proseslərinə dəstək verdiyini deyən Çavuşoğlu Suriyaya humanitar yardımların çatdırılmalı və mühasirələrin aradan qaldırılmalı olduğunu deyib. Türkiyənin xarici işlər nazirinin sözlərinə görə, bununla eyni vaxtda Rusiyanın hava hücumlarına son qoyulmalıdır.

“Mən iddia edirəm ki, PYD və YPG mövzusunda səhv mövqedə olan ABŞ və bəzi ölkələr də gerçəyi görəcək”, - Mövlud Çavuşoğlu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm